Bank Of Baku

«Qarant Sığorta Agenti» MMC-nin yeni filialı açılıb

«Qarant Sığorta Agenti» MMC-nin yeni filialı açılıb
# 20 aprel 2011 11:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Eonomics. «Qarant Sığorta Agenti» MMC-nin Bakı şəhərində «Gənclik filialı» fəaliyyətə başlayıb. Filial paytaxtın Bakıxanov küçəsi,759-cu məhəllə ünvanında, «Gənclik» metro stansiyasının yaxınlığında yerləşir.

«Qarant Sığorta» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, agentliyin sayca 3-cü filialıdır. Bundan əvvəl agentliyin «Əhmədli» və «Yasamal» filialları istifadəyə verilib.

Qeyd edək ki, «Qarant Sığorta Agenti» MMC-nin xidmətləri sırasına könüllü və icbari sığorta növləri, o cümlədən «Avtomobillərin kasko sığortası», «Əmlakın bütün risklərdən sığortası», «Xaricə səfər sığortası» və digər sığorta növləri daxildir.

Xatırladaq ki, «Qarant Sığorta Agentliyi» 2009-cu ildən fəaliyyət göstərir, təsiçisi isə «Qarant Sığorta» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR