Bank Of Baku

Asiya İnkişaf Bankı: Bu il Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda orta inflyasiya 8,2% olacaq

Asiya İnkişaf Bankı: Bu il Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda orta inflyasiya 8,2% olacaq
# 20 aprel 2011 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda istehlak mallarının qiymətləri və xidmət tariflərinin orta indeksinin 8,2% yüksələcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Asiya İnkişaf Bankı (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin iqtisadçısı Tatsui Nayakava bildirib.

Onun sözlərinə görə, əgər 2010-cu ildə regiona daxil olan 8 ölkədə (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) inflyasiyanın səviyyəsi 7,5% təşkil edibsə, 2011-ci ildə bu göstəricinin 8,2%-ə, 2012-ci ildə isə 6,6%-ə çatacağı gözlənilir: «Ümumiyyətlə, Orta Asiya və Cənubi Qafqazda inflyasiya qəbul olunan səviyyədədir. Gələn il isə dünya üzrə qida məhsullarının ucuzlaşması gözlənilir ki, bu da inflyasiyanı bir qədər aşağı salacaq».

Qeyd edək ki, AİB Azərbaycan üzrə 2011-ci il üçün inflyasiyanı 7,5%, 2012-ci il üçün isə 7% səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, 2011-ci ilin yanvar-mart aylarında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tariflərinin indeksi 9,1% yüksəlib, o cümlədən ərzaq məhsulları 13,4%, qeyri-ərzaq malları 2,8%, xidmət tarifləri isə 3,1% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR