Bank Of Baku

Mayda BBVB-nin valyuta dövriyyəsi kəskin azalıb

Mayda BBVB-nin valyuta dövriyyəsi kəskin azalıb
# 02 iyun 2011 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 33 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 10 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 42,192 mln. manat və ya dollar ekvivalentində 53,407 mln. təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 3 dəfə az, ötən ilin may ayı ilə müqayisədə isə 52,6% çoxdur.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,335 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 1,618 mln. dollar təşkil edib.

Eyni zamanda, may ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (34,76%), «Xalq Bank» (18,72%), «Unibank» (14,51%) Azərbaycan Beynəlxalq Bankı (10,30%) və «AGBank» (6,37%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR