Bank Of Baku

«NBC Bank»ın aktivləri ilin əvvəlindən 16% artıb

«NBC Bank»ın aktivləri ilin əvvəlindən 16% artıb
# 02 iyun 2011 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin mayın 1-nə 54,048 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin sonuna olan göstərici ilə müqayisədə 15,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10% artaraq 44,285 mln. manat, depozit portfeli 2,6 dəfə artaraq 17,257 mln. manat, o cümlədən müddətli depozitlər 2,5 dəfə artaraq 14,298 mln. manat, tələb olunanadək depozitlər 3,3 dəfə artaraq 2,959 mln. manat, əhalinin əmanətləri isə 2,1 dəfə artaraq 13,901 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 14% artaraq 18,344 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,03% artaraq 16,071 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında bankın ümumi gəlirləri 2,885 mln. manat, xərcləri isə 2,176 mln. manat olub. Nəticədə, bankın mənfəəti 709 min manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın müştərilərinin sayı 31% artaraq 11 423-ə, o cümlədən fiziki şəxslərin sayı 31,4% artaraq 12 129-a, hüquqi şəxslərin sayı isə 6,5% artaraq 294-ə çatıb. Eyni zamanda, bankın işçilərinin sayı 10,2% artaraq 150 nəfər, orta aylıq əmək haqqı 74% artaraq 696 manat olub.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin mayın 1-nə bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 33 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR