Bank Of Baku

Maliyyə Monitorinqi Xidməti tender elan edib

Maliyyə Monitorinqi Xidməti tender elan edib
# 02 iyun 2011 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti kompüter, server, şəbəkə, ofis avadanlıqları, proqram təminatları və xidmətlərin satın alınması məqsədilə açıq tender elan edib.

Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, tender proseduru 2011-ci ilin iyulun 19-da saat 11:00-da Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında (Bakı şəhəri, Bül-bül prospekti,40) keçiriləcək.

Tenderin şərtlərinə əsasən, iddiaçı tender təklifini və tender təklifinin bank təminatını 2011-ci ilin iyulun 18-də saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə 2011-ci ilin iyulun 5-də 18:00-a qədər əlaqələndirici şəxsə təqdim etməlidir. Tender zamanı qiymətləndirmə meyarları qiymət amili, zəmanət, keyfiyyət və çatdırılma müddəti olacaq.

Tender üzrə əlaqələndirici şəxs Məmmədyar Novruzovdur (informasiya texnologiyaları şöbəsinin rəisi). Əlaqə telefonları: 598-20-56 (220), 598-20-57 (faks).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR