Bank Of Baku

Azərbaycan İpoteka Fondunun xətti ilə mayda 9,4 mln. manat kredit verilib

Azərbaycan İpoteka Fondunun xətti ilə mayda 9,4 mln. manat kredit verilib
# 02 iyun 2011 10:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin may ayında Azərbaycanda dövlət vəsaitləri hesabına əhaliyə 9,4 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Ümumilikdə, 2011-ci ilin ilk 5 ayında 35,8 mln. manatlıq ipoteka kreditləri verilib.

Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 285,7 mln. manata çatıb. Nəticədə, iyunun 1-nə Azərbaycanda ipoteka kreditinin adambaşına həcmi 31 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, mayın 1-də 30 manat olub.

May ayında ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsində kəskin artım baş verib. Mayda AİF tərəfindən 7,7 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. Bu, aprelə nisbətən 30,5% artıqdır. Yanvar-may aylarında 28,8 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 204,8 mln. manatı və ya 71,68%-i təkrar maliyyələşdirilib. Bu ilin əvvəlindən dövlət büdcəsindən AİF-ə 4,6 mln. manat məbləğində vəsait ayrılıb.

Bununla yanaşı, may ayında İpoteka Fondu 16 mln. manatlıq istiqraz buraxıb. Yanvar-may aylarında Fondun buraxdığı istiqrazların həcmi 38 mln. manata çatıb.

Ümumilikdə, bu il fondun 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulub. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR