Bank Of Baku

GUAM-a üzv ölkələrin maliyyə ekspertlərinin Kiyevdə keçirilən görüşü başa çatıb

GUAM-a üzv ölkələrin maliyyə ekspertlərinin Kiyevdə keçirilən görüşü başa çatıb
# 03 iyun 2011 10:04 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. GUAM təşkilatına daxil olan ölkələrin maliyyə ekspertlərinin Ukraynanın paytaxtı Kiyevdə keçirilən görüşü başa çatıb.

APA-Economics”in təşkilatın saytına istinadən məlumatına görə, görüşdə Azərbaycanı Xarici İşlər Nazirliyi Maliyyə-valyuta idarəsinin rəisi N.Əliyev təmsil edib.

Üç gün davam edən iclas zamanı Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova nümayəndələri gələn il üçün GUAM-ın büdcə layihəsini razılaşdırıblar. İclasın yekununda büdcə layihəsini GUAM Xarici İşlər Nazirləri Şurasının təsdiqinə vermək tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR