Bank Of Baku

Bakıda ABŞ-Azərbaycan biznes və investisiya konfransı keçirilir - FOTOSESSİYA

Bakıda ABŞ-Azərbaycan biznes və investisiya konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 03 iyun 2011 11:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən USACC-nin həmsədri Ceyms Beyker qeyd edib ki, Azərbaycan artıq Avropa üçün əsas enerji təchizatçısı ölkəsinə çevrilib, ölkədə gündə 1 mln. barel neft hasil edilir. Eyni zamanda, Azərbaycanın qeyri-neft sektorunda da inkişaf müşahidə olunur: «Hətta qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı müsbət dinamika göstərib, ixracın həcmi 45% artıb, valyuta ehtiyatları 22 mlrd. ABŞ dolları təşkil edib, 100 minlərlə yeni iş yerləri açılıb. Buna baxmayaraq, Azərbaycan yeni imkanlar axtarmaqdadır».

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkənin iqtisadi inkişafından danışıb və qeyd edib ki, XXI əsrin ilk onilliyində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib: «Azərbaycan iqtisadiyyatı 2003-cü ildən etibarən sürətlə inkişaf edib, ÜDM 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 49%-dən 10%-ə enib, milli valyuta möhkəmlənib, qızıl valyuta ehtiyatları 35 mlrd. dollara çatıb, dövlət borcu aşağı düşüb».

S.Şərifovun sözlərinə görə, 2010-cu ildə Azərbaycan iqtisadiyyatına 15 mlrd. dollardan artıq investisiya yatırılıb ki, bunun da 60%-i ölkə hökuməti tərəfindən həyata keçirilib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələrdən danışan nazir bildirib ki, hazırda Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi uğurla icra olunur: «Layihə çərçivəsində Azərbaycan artıq Gürcüstan tərəfinə kredit ayırıb, 150 km yolun tikintisi üçün isə Azərbaycan Gürcüstana əlavə vəsait ayıracaq».

Çıxışının sonunda S.Şərifov bildirib ki, 2010-cu ildə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, daha sonra tədbir müxtəlif mövzulara həsr olunmuş sessiyalarda davam edib. Sessiyaların mövzusu «Neft ixracından kənarda», «Azərbaycanda qabaqcıl texnologiyalar: yeni iqtisadi bum?», «Azərbaycanın gələcək inkişafının maliyyələşdirilməsi və investisiyaların yatırılması», «Azərbaycanın yeni enerji reallıqları», «Amerika françayzinqi Azərbaycanda» və s.-dir.

Konfrans bu gün işini yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR