Bank Of Baku

Xarici dövlətlər ƏDV-nin ödənilməsi sahəsində Azərbaycan təcrübəsini öyrənir

Xarici dövlətlər ƏDV-nin ödənilməsi sahəsində Azərbaycan təcrübəsini öyrənir
# 03 iyun 2011 11:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakıda keçirilən Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin Vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarı işini davam etdirib. Bu gün seminar iştirakçıları Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı İdarəsi, «bir pəncərə» sisteminin fəaliyyəti ilə tanış olublar. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, qonaqlara bildirilib ki, bu sistem MDB-nin bəzi ölkələrində oxşar qanunverici və institusional çərçivənin yaradılması üçün nümunə olub.

Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, tədbirdə iştirak edən qonaqlar Azərbaycanın vergi sistemindəki bəzi yeniliklərlə bağlı təcrübənin bölüşdürülməsini istəyiblər: «Qonaqları Azərbaycan təcrübəsində ən çox maraqlandıran və ən çox sual doğuran məsələlər vergi ödəyicilərinə xidmət göstərilməsi və xidmət terminallarının fəaliyyəti, eləcə də ƏDV-nin ödənilməsi və bunun üçün xüsusi depozit hesabının tətbiqidir». Azərbaycanın ƏDV inzibatçılığındakı təcrübəsi ilə maraqlanan xarici ekspertlər bununla bağlı əlavə təqdimatın hazırlanmasını xahiş ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR