Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu hesabına reallaşan layihələrin maliyyələşməsi artırıla bilər

Azərbaycan Dövlət Neft Fondu hesabına reallaşan layihələrin maliyyələşməsi artırıla bilər
# 03 iyun 2011 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına maliyyələşdirilən layihələrin sayı 2011-ci ildə artırılmayacaq. «APA-Economics»in məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, ilin əvvəlində təsdiq olunmuş layihələrin maliyyələşdirilməsi davam etdiriləcək. Eyni zamanda, bir neçə layihənin maliyyələşdirilməsinin həcminin artırılması mümkündür ki, bunların sırasında qaçqın və məcburi köçkün ailələrin yaşayış şəraitlərinin yaxşılaşdırılması, Samur-Abşeron suvarma sisteminin reabilitasiyası və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası layihələri var.

Ş.Mövsümov həmçinin bəyan edib ki, bu gün Fond tərəfindən maliyyələşdirilən daha bir mühüm layihə var ki, bu da Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlıdır. Layihə üzrə hazırda 1000-ə yaxın tələbə xaricdə, o cümlədən bakalavr, magistratura və doktorantura səviyyəsində təhsil alır. Onlardan 200-dən çoxunun bu il ölkəyə qayıtması gözlənilir. «Ümid edirik ki, bu da ölkədə işçi qüvvəsinə, insan resurslarının kəskin artmasına təkan verəcək. Bu layihə qara qızılın insan qızılına çevrilməsi ideyasına əsaslanır. Azərbaycanda insan resurslarının artırılmasına ehtiyac var», - deyə Şahmar Mövsümov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR