Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisi ilə bağlı ixtisas uyğunluğuna dair ilkin qiymətləndirməyə start verilib

Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisi ilə bağlı ixtisas uyğunluğuna dair ilkin qiymətləndirməyə start verilib
# 04 iyun 2011 16:45 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhəri Nizami rayonu, 6-cı Köndələn küçəsi,2 ünvanında inşa ediləcək AMB-nin yeni inzibati binasının tikintisində maraqlı olan tərəfləri ixtisas uyğunluğuna dair ilkin qiymətləndirməyə dəvət edib.
Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu növ işlərdə təcrübəyə və tələb olunan resurslara malik olan, bu işlərdə özlərini bacarıqlı hesab edən şirkətlər iyunun 17-dək ixtisas uyğunluğuna dair ilkin qiymətləndirmə ilə bağlı sənədləri AMB-nin inzibati binasında qeydiyyatdan keçməklə sənədləri elektron variantda əldə edə bilərlər. Sənədlər elektron qaydada təqdim edildikdən sonra qısa müddətdə çap nüsxəsi potensial iddiaçılara göndəriləcək.
Potensialı olan podratçı qeyd edilən işlər haqda öz bacarığını təkliflər sorğusu sənədlərinin bir hissəsini təşkil edən ixtisas uyğunluğuna dair ilkin qiymətləndirmə sənədlərində tələb olunduğu kimi göstərməlidir. Təkliflərlə bağlı tamamlanmış sənədlər iyulun 1-dək təqdim olunmalıdır.
Əlaqələndirici şəxs: Surxay Həsənov; tel.: (+994 12) 493 11 22 (daxili - 508).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR