Bank Of Baku

Azərbaycanda daha bir həyat sığortası şirkəti lisenziya almaq üçün müraciət edib

Azərbaycanda daha bir həyat sığortası şirkəti lisenziya almaq üçün müraciət edib
# 06 iyun 2011 06:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaHolding» Şirkətlər Qrupu həyat sığortası üzrə təsis etdiyi ixtisaslaşmış şirkətin fəaliyyətə başlaması üçün lisenziyanın alınması məqsədi ilə müvafiq sənədləri Maliyyə Nazirliyinə təqdim edib. Bunu «APA-Economics»ə açıqlamasında «AtaSığorta» şirkəti Direktorlar Şurasının sədri Fərid Əsədov bildirib.

F.Əsədovun sözlərinə görə, «Ata Həyat» sığorta şirkətinin fəaliyyəti ilə bağlı təsis sənədləri və digər sənədlər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim edilib: «Lisenziyanın verilməsi isə nəzarət edici orqandan asılı olacaq».

F.Əsədov bildirib ki, yaradılan şirkətin İdarə Heyətinin sədri və sədrin müavinləri vəzifəsini icra edəcək şəxslər hələ dəqiqləşməyib: «Bütün təyinatlar lisenziya alındıqdan sonra həyata keçiriləcək. Bundan başqa, şirkət sığorta qanunvericiliyində nəzərdə tutulan həyat sığortasının bütün növlərini tətbiq etmək niyyətindədir».

F.Əsədov şirkətin 5 mln. manat nizamnamə kapitalı ilə yaradıldığını bildirib.

Etibarlı mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, «Ata Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsinin əvvəllər Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru işləmiş Qafar Məcidovun icra edəcəyi gözlənilir. Artıq Q.Məcidov yeni yaradılan şirkətdə sədr vəzifəsinin icra etməsi məqsədi ilə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin müvafiq test imtahanından da keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR