Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Misirə 3 mlrd. dollar kredit ayırıb

Beynəlxalq Valyuta Fondu Misirə 3 mlrd. dollar kredit ayırıb
# 06 iyun 2011 07:39 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2011-2012-ci maliyyə ili üçün Misirə 3 mlrd. dollar kredit ayırıb. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Misirin maliyyə naziri açıqlama verib.

Bir il müddətinə ayrılan kreditin faiz dərəcəsi 1,5% olacaq. Misir hökumətinin BVF-yə kredit ayrılması xahişi ilə müraciət etməsinə səbəb ölkədəki ağır iqtisadi durum olub.

Bu il fevralın 11-də 30 ildir hakimiyyətdə olan Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilabdan sonra Misirə gələn turistlərin sayı 60% azalıb. İqtisadçılar bu il üçün ölkədə cəmi 1% iqtisadi artım proqnozlaşdırırlar ki, bu da son 20 ildə ən aşağı göstərici olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR