Bank Of Baku

«Turanbank» beynəlxalq reytinq almağa hazırlaşır

«Turanbank» beynəlxalq reytinq almağa hazırlaşır
# 06 iyun 2011 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC 2011-ci ilin sonuna kimi beynəlxalq reytinq almaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Fəzail Musayev bildirib.

F.Musayevin sözlərinə görə, bank rəhbərliyi «Moody’s International» və «Fitch» beynəlxalq reytinq agentliklərinin nümayəndələri ilə görüşlər keçirib. İlkin razılığa əsasən, «Turanbank» ilin sonunadək beynəlxalq reytinq alacaq. Reytinqin dərəcəsi bankın bütün sahələrini, o cümlədən aktivlər və risklərin idarə edilməsini əhatə edəcək.

F.Musayevin fikrincə, bankın ümumi maliyyə göstəriciləri pozitiv reytinq dərəcəsinin almasına şərait yaradacaq.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivləri 136,760 mln. manat, kredit portfeli 112,507 mln. manat, depozit portfeli 45,185 mln. manat, məcmu kapitalı 23,726 mln. manat, o cümlədən nizamnamə kapitalı 22 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR