Bank Of Baku

Azərbaycanda yeni kredit ittifaqları yaradılıb

Azərbaycanda yeni kredit ittifaqları yaradılıb
# 06 iyun 2011 08:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. May ayında Azərbaycanda yeni kredit ittifaqları yaradılıb. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, may ayında vergi orqanlarında üç kredit ittifaqı dövlət qeydiyyatından keçib.

«S.A.F. Kredit İttifaqı» MMC Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatdan keçib. Onun təsisçiləri əksəriyyəti bir-birinə qohum olan 11 fiziki şəxsdir. İttifaqın nizamnamə kapitalı 4 015 manat təşkil edir.

«Hacıoğlu Kredit İttifaqı» MMC-nin hüquqi ünvanı Beyləqan şəhərindədir: 12 fiziki şəxsin təsis etdiyi ittifaqın nizamnamə kapitalı 4 200 manat təşkil edir.

«Ağan Kredit İttifaqı» MMC-nin hüquqi ünvanı İmişli şəhərindədir: 12 fiziki şəxsin təsis etdiyi ittifaqın nizamnamə kapitalı 4 020 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR