Bank Of Baku

Mayda Azərbaycanda deflyasiya qeydə alınıb

Mayda Azərbaycanda deflyasiya qeydə alınıb
# 06 iyun 2011 08:40 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

«Ötən ay ərzaq məhsullarından düyü, un, qarabaşaq yarması, toyuq əti, təzə balıq, süd, yumurta, kərə yağı, şəkər və şəkər tozu, limon, portağal, banan, armud, alça, çiyələk, göyərti, xiyar, pomidor, bibər, badımcan, göy lobya, kök, sarımsaq, soğan, kartofun qiyməti ucuzlaşıb», - deyə Komitədən bildirilib.

Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub ki, bu əsasən manna yarması, makaron məmulatları, mal və qoyun əti, toyuq budu, bitki yağları, alma, naringi, şabalıd, kələm, çuğundurun qiymətlərində qeydə alınıb.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanda 0,3% deflyasiya qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR