Bank Of Baku

«AtaSığorta» şirkəti «Azpetrol»la birgə layihəyə start verib

«AtaSığorta» şirkəti «Azpetrol»la birgə layihəyə start verib
# 06 iyun 2011 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkəti «Azpetrol» şirkəti ilə birgə layihənin icrasına başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında sığorta şirkətinin İdarə Heyətinin sədri Tamerlan Hacıyev bildirib.

T.Hacıyevin sözlərinə görə, yeni layihəyə əsasən, müştərilər «Azpetrol» şirkətinin istənilən yanacaqdoldurma məntəqəsində öz avtomobillərini «Avtonəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalaya bilərlər. Bununla bağlı artıq hər iki tərəf arasında müvafiq müqavilə də imzalanıb.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət 23 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR