Bank Of Baku

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi
# 06 iyun 2011 10:19 (UTC +04:00)
Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.

Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar aktivlərinin 2011-ci il aprelin 1-nə olan həcminə görə sıralanıb. Cədvəldə həmçinin bankların məcmu aktivlər üzrə bazar payı da qeyd olunub.

(mln. AZN)

Banklar

Aktivlər

Bazar payı (%)

1

Azərbaycan Beynəlxalq Bankı

4 696,638

37,80

2

Kapital Bank

721,832

5,81

3

Xalq Bank

673,501

5,42

4

Bank Standard

607,674

4,89

5

Texnikabank

545,620

4,39

6

PAŞA Bank

509,549

4,10

7

Access Bank

374,787

3,02

8

Unibank

369,199

2,97

9

Dəmirbank

323,456

2,60

10

Bank Respublika

279,077

2,25

11

AGBank

276,818

2,23

12

Bank of Baku

257,222

2,07

13

Zamin Bank

254,246

2,05

14

Muğan Bank

205,392

1,65

15

AtaBank

202,862

1,63

16

Azərbaycan Sənaye Bankı

189,393

1,52

17

Royal Bank

181,025

1,46

18

Bank Nikoil

180,958

1,46

19

Expressbank

173,681

1,40

20

YapiKredi Bank Azerbaijan

165,796

1,33

21

Bank of Azerbaijan

147,595

1,19

22

Turanbank

136,760

1,10

23

Rabitəbank

123,062

0,99

24

SilkWay Bank

115,887

0,93

25

Parabank

105,861

0,85

26

Kredo Bank

82,171

0,66

27

Amrahbank

74,890

0,60

28

Bank Avrasiya

64,276

0,52

29

Bank Melli Iran – Bakı

56,570

0,46

30

Azer-Turk Bank

50,663

0,41

31

Qafqaz İnkişaf Bankı

44,218

0,36

32

Gəncəbank

43,692

0,35

33

United Credit Bank

43,163

0,35

34

Deka Bank

42,795

0,34

35

Atra Bank

42,597

0,34

36

Günaybank

36,398

0,29

37

VTB Azerbaijan

27,157

0,22

38

NBC Bank*

-

-

39

AFB Bank*

-

-

40

Pakistan Milli Bankı – Bakı*

-

-

41

Azərbaycan Kredit Bankı*

-

-

42

Euro Bank*

-

-

43

Naxçıvan Bank*

-

-

44

BTB Bank*

-

-


* Bu banklar göstəriciləri təqdim etməyib

Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqbydə yalnız 37 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.

Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 5,926 mlrd. ABŞ dolları) ölçülür.

Cədvəldən göründüyü kimi, yalnız 15 bankın aktivləri 200 mln. manat (01.04.2011-ci il vəziyyətinə - 252,334 mln. ABŞ dolları), daha 10 bankın aktivləri 100 mln. manat (126,167 mln. ABŞ dolları), 5 bankın aktivləri isə 50 mln. manat (63,084 mln. ABŞ dolları) həddini üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR