Bank Of Baku

«Bank of Baku»nun «Azneft» filialı 9 illiyini qeyd edib

«Bank of Baku»nun «Azneft» filialı 9 illiyini qeyd edib
# 06 iyun 2011 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin «Azneft» filialı fəaliyyətinin 9-cu ildönümü qeyd edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın «Azneft» filialı 2002-ci il iyunun 1-də fəaliyyətə başlayıb.

Filialın direktoru Vüqar Adıyevin sözlərinə görə, «Bank of Baku» 1994-cü il fevralın 14-də məhz «Azneft»də yaradılıb, sonradan 2002-ci ildə «Azneft» filial statusu alaraq bankın ilk filialı olub: «Gün ərzində orta hesabla 300-ə qədər müştərimiz olur, aktiv müştərilərimizin ümumi sayı isə 10 mindən çoxdur. «Azneft» filialının müştəri kütləsinin böyük qismi nağd pul kreditlərinə üstünlük verir və bu da onu göstərir ki, filialın nağd pul satışı kifayət qədər yaxşı gedir. Nəticədə, «Azneft» filialı bankın digər filialları ilə müqayisədə nağd istehlak kreditlərinə görə 3-cü yerdədir. Bu ilin iyunun 1-nə filialın kredit portfelinin həcmi 7,650 mln. manat, depozit portfeli isə 4 mln. manatdan çox olub. Müştərilərin ümumi sayı 16 mindən çoxdur», - deyə V.Adıyev bildirib.

«Azneft» filialı Bakı şəhəri, Neftçilər pr-ti,65 ünvanında yerləşir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR