Bank Of Baku

Nazir Fazil Məmmədov: «Azərbaycanın 2011-ci il dövlət büdcəsinin əlavə vergi gəlirləri neft sektoru hesabına formalaşacaq»

Nazir Fazil Məmmədov: «Azərbaycanın 2011-ci il dövlət büdcəsinin əlavə vergi gəlirləri neft sektoru hesabına formalaşacaq»
# 07 iyun 2011 12:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2011-ci il dövlət büdcəsinə edilən son dəyişiklərə əsasən, vergi orqanları tərəfindən təmin olunacaq əlavə büdcə gəlirlərinin (770 mln. manat) əsas hissəsi neft sektorunun payına düşəcək. «APA-Economics»in məlumatına görə, bunu bildirən vergilər naziri Fazil Məmmədov qeyd edib ki, qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmalarının 110 mln. manat təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, büdcəyə edilən dəyişikliklər vergi orqanlarının xətti ilə büdcə gəlirlərinin 700 mln. manat həcmində artmasını nəzərdə tutur.

F.Məmmədovun sözlərinə görə, qeyri-neft sektoru üzrə isə artım əsasən infrastruktur layihələri çərçivəsində podratçı və subpodratçı təşkilatların vergi ödənişləri hesabına formalaşacaq. Ümumilikdə, büdcə artımının əsas hissəsi Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR