Bank Of Baku

Azərbaycanda istehlak bazarı 10% artıb

Azərbaycanda istehlak bazarı 10% artıb
# 13 iyul 2011 12:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin altı ayı ərzində Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 7,6 mlrd. manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,8% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak mallarının 7,3 mlrd. manatı pərakəndə ticarət, 229,7 mln. manatı iaşə şəbəkələrində realizə olunub.

Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 61,4%-i ərzaq məhsullarının, 38,6%-i isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Altı ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,3 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çox pullu xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR