Bank Of Baku

Azərbaycanda birjaların dövriyyəsi 4 dəfə artıb

Azərbaycanda birjaların dövriyyəsi 4 dəfə artıb
# 13 iyul 2011 13:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin I yarısında Azərbaycanda fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 388 hərracda 4 236,0 mln. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar realizə olunub və dövriyyənin ümumi həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Fond Birjası və Bakı Banklararası Valyuta Birjası xüsusi yer tutur.

Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən Bakı Fond Birjasında dövriyyənin həcmi 4,4 dəfə artaraq 3 724,6 mln. manatlıq qiymətli kağızlar, Bakı Banklararası Valyuta Birjasında isə dövriyyənin həcmi 2,1 dəfə artaraq 501,8 mln. manatlıq ABŞ dolları, 9,4 mln. manatlıq avro satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR