Bank Of Baku

“Azərqarant” sığorta şirkəti: “Qarant Sığorta”nın iddiası əsassızdır”

“Azərqarant” sığorta şirkəti: “Qarant Sığorta”nın iddiası əsassızdır”
# 13 iyul 2011 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Qarant Sığorta” ASC “Azərqarant” sığorta şirkətini məhkəməyə verib.

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən «APA-Economics»ə verilən məlumata görə, iddianın əsas mahiyyəti cavabdeh tərəfdən, yəni «Azərqarant» sığorta şirkəti tərəfindən reqres ödənişin təmin olunması göstərilir.

«Azərqarant» sığorta şirkəti İdarə Heyətinin sədr müavini Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, “Qarant Sığorta” şirkətində “Avtomobillərin KASKO sığortası” növü üzrə sığortalanmış avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə “Azərqarant” sığorta şirkəti tərəfindən sığortalanmış avtomobillə toqquşub. Həmin avtomobilə dəymiş ziyanın bir hissəsini ödəmək məqsədilə şirkət “Azərqarant”ı məhkəməyə verib.

Ş.Hüseynov bildirib ki, bununla bağlı bu gün keçirilən məhkəmə prosesində maraqlı tərəf, yəni iddialı tərəf iştirak etmədiyindən məhkəmə işi təxirə salınıb: «Lakin buna baxmayaraq məhkəmə işçiləri qaldırılan iddia ilə yaxından tanış olublar, «Azərqarant»ın haqlı olduqlarını bildiriblər. Ümumiyyətlə, sığorta qanunvericilikdə sığortalanan şəxs qəza törətdikdə sığorta və ya maraqlı tərəf 72 saat ərzində sığortaçını məlumatlandırmalıdır. Qarşı tərəf isə bizi təxminən 1 aydan sonra məlumatlandırıb».

Ş.Hüseynovun fikrincə, «Qarant Sığorta» şirkətinin iddiası əsassızdır.

«Qarant Sığorta» şirkətinin hüquqşünası Camal Həsənzadə isə «Qarant Sığorta» ASC-nin «Azərqarant»ı məhkəmə verməsindən, ümumiyyətlə, bu məhkəmə keçməsindən xəbəri olmadığını bildirib.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,260 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR