Qızılın bahalaşmasını ilk növbədə Avropada yaranmış borc böhranı ilə əlaqələndirmək olar. Bundan əlavə, ABŞ iqtisadiyyatında yaranmış problemlər, ölkənin dövlət borcunun kəskin artması, borc üzrə limitin artırılıb-artırılmaması barədə qeyri-müəyyənlik və bununla bağlı federal büdcədə yaranmış problemlər də investorlara mənfi təsir edərək, təhlükəsiz ehtiyat aktiv hesab olunan qızıla tələbatı artırır.
Qeyd edək ki, cari ilin əvvəlindən qızılın qiyməti 13,5% artıb: