Bank Of Baku

«Başak İnam» sığorta şirkətinin investisiya portfelinin həcmi 2 mln. manata çatıb

«Başak İnam» sığorta şirkətinin investisiya portfelinin həcmi 2 mln. manata çatıb
# 13 iyul 2011 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Başak İnam» sığorta şirkətinin 2011-ci ilin iyul ayının 1-nə investisiya portfelinin həcmi 2 mln. manata çatıb. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov bildirib.

O.Həsənovun sözlərinə görə, portfelin 350 min manatı qiymətli kağızlara, qalanı isə banklarda yerləşdirilib. Şirkət gələcəkdə ipoteka qiymətli kağızlarına investisiya etmək niyyətindədir, çünki bazarda bu qiymətli kağızların faiz dərəcəsi daha yüksəkdir.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 3,2 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR