Bank Of Baku

«Paşa Bank»ın gəlirləri son bir ildə 0,7% azalıb

«Paşa Bank»ın gəlirləri son bir ildə 0,7% azalıb
# 13 iyul 2011 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 491,521 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 44,3% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30% artaraq 215,250 mln. manat, investisiya portfelinin həcmi isə 212,998 mln. manat olub. Bankın depozitlərin həcmi 311,329 mln. manat, o cümlədən müddətli depozitlər 141,466 mln. manat, tələb olunanadək depozitlər 169,863 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 1,5% artaraq 134,269 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,9% artaraq 123,475 mln. manata çatıb. Qeyd olunan dövrdə bankın ümumi gəlirləri 0,7% azalaraq 19,405 mln. manat, o cümlədən faiz gəlirləri 17,399 mln. manat, qeyri-faiz gəlirləri 2,006 mln. manat olub.

Eyni zamanda bankın faiz xərcləri 6,550 mln. manat, əməliyyat xərcləri 4,564 mln. manat işçilər üzrə xərclər isə 2,566 mln. manat olub. Nəticədə bankın mənfəəti 21% artaraq 7,796 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın 141 işçisi, 2 şöbəsi, 8 bankomatı və 837 aktiv plastik kartı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR