Bank Of Baku

ARDNŞ büdcəyə ödəmələri artırıb

ARDNŞ büdcəyə ödəmələri artırıb
# 14 iyul 2011 08:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin iyun ayında dövlət büdcəsinə 99,671 mln. manat vəsait ödəyib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 10,981 mln. manat və ya 12,4% çoxdur.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyun aylarında büdcəyə 547,947 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,975 mln. manat və ya 6,6% çoxdur.

Bundan başqa, iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12,249 mln. manat vəsait köçürüb. Bu, 2010-cu ilin iyun ayına nisbətən 615 min manat və ya 5,3% çoxdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyun aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 65,444 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,187 mln. manat və ya 6,8% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR