Bank Of Baku

Azərbaycanda 80 minədək vergi ödəyicisi pasportlaşdırılıb

Azərbaycanda 80 minədək vergi ödəyicisi pasportlaşdırılıb
# 14 iyul 2011 10:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi məqsədilə apardığı pasportlaşmanın müddətini bu ilin sonunadək uzadıb. Bu barədə «APA-Economics»ə vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib.

Onun sözlərinə görə, artıq pasportlaşma prosesində birinci mərhələ başa çatıb: «Sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlərin təxminən yarısında müşahidələr aparılıb və ölkə üzrə 80 minədək vergi ödəyicisinə məxsus 84 mindən çox təsərrüfat subyektinin (obyektinin) pasportlaşdırılması təmin edilib, pasport məlumatları mövcud məlumat bazası ilə üzləşdirilərək dəqiqləşdirilib».

Nazir müavini bildirib ki, bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə pasportlaşdırılma tədbirləri üzrə müəyyən edilmiş müddət 2011-ci il dekabr ayının 31-dək uzadılıb, görüləcək tədbirlərin qrafiki təsdiq edilib.

Qeyd edək ki, vergi ödəyicilərinin pasportlaşdırılması prosesinə fevralın 1-də başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR