Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb
# 14 iyul 2011 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin iyun ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,11% azalıb. Bu zaman ərzaq məhsulları 0,44% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,40%, xidmətlər isə 0,13% bahalaşıb.

May ayına nisbətdə iyun ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, burada ciddi fərq müşahidə olunub. Belə ki, Bakıda qiymətlər 0,39% bahalaşdığı halda, regionlarda 0,59% azalıb. Bu azalma əsasən regionlarda ərzaq məhsullarının qiymətində mövsümi amillər səbəbilə baş verən ucuzlaşma hesabına qeydə alınıb. Belə ki, iyun ayında ərzaq məhsulları Bakıda 0,52% bahalaşsa da, regionlarda 1,37% ucuzlaşıb. Qeyri-ərzaq məhsulları həm Bakıda (0,19%), həm də regionlarda (0,62%) bahalaşıb. Xidmətlərin dəyəri isə Bakıda 0,30% artdığı halda, regionlarda 0,05% azalıb.

Bu zaman ən çox badımcan (42,30%), göy lobya (37,44%) ucuzlaşıb. Ən çox bahalaşma isə yenə ərzaq məhsullarından toyuq yumurtasında (13,93%), sümüksüz (tikə) mal ətində (3,76%), çiyələkdə(11,44%) qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 15,58% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 19,30%, regionlarda isə 11,93% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (26,61%) olub. Qeyri-ərzaq məhsullarında artım 3,68%, xidmətlərdə isə 3,84% təşkil edib.

2011-ci ilin ilk yarısında ölkədə istehlak qiymətləri 5,23%, o cümlədən ərzaq məhsulları 8,08%, qeyri-ərzaq məhsulları 1,47%, xidmətlər isə 2,51% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR