Bank Of Baku

«Atəşgah» sığorta şirkəti əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırır

«Atəşgah» sığorta şirkəti əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırır
# 14 iyul 2011 12:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Econonmic. Azərbaycanın «Atəşgah» sığorta şirkəti təqdim etdiyi könüllü tibbi sığorta xidməti çərçivəsində əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra Mingəçevir və Gəncə şəhər sakinləri, eləcə də regionlara səyahət etməyi sevənlər öz istirahətlərini və ya işgüzar ritmini pozmadan vaxtlarını tibb müəssisələrinin axtarışına sərf etməyəcəklər.

«Atəşgah» sığorta şirkətinin könüllü tibbi sığorta proqramı üzrə sığorta olunanlar Mingəçevirdə fəaliyyət göstərən «Euromed» və «Şəfa», həmçinin Gəncədə yerləşən «Yeni Gəncə» tibb mərkəzinin ixtisaslı mütəxəssisləri tərəfindən müayinə və müalicə almaq imkanı əldə ediblər.

Bununla yanaşı, şirkət «Zəfəran» regional apteklər şəbəkəsi ilə də müqavilə bağlayıb. Bu, şirkətin müştərilərinə lazım olduğu zaman bütün lazımi dərman preparatlarını könüllü tibbi sığorta polisi çərçivəsində elə yaşadığı rayonun hüdudlarından kənara çıxmamaqla əldə etmək imkanını verəcək.

Qeyd edək ki, hazırda «Atəşgah» sığorta şirkətinin könüllü tibbi sığorta çərçivəsində tərəfdaşları olan tibb müəssisələrinin sayı 60-dan çoxdur.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. «Atəşgah» şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR