Bank Of Baku

«Royal Bank»ın İdarə Heyətinə yeni sədr təyin edilib

«Royal Bank»ın İdarə Heyətinə yeni sədr təyin edilib
# 14 iyul 2011 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Royal Bank» ASC-nin İdarə heyətinə yeni sədr təyin edilib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin yeni təyin olunmuş sədri Baratəli Piriyev bildirib.

Qeyd edək ki, B.Piriyevdən əvvəl bu vəzifəni Samir Əkbərov icra edib. Hazırda S.Əkbərov «Royal Bank»ın Müşahidə Şurasının üzvü vəzifəsində işləyir.

Xatırladaq ki, hazırda bankın İdarə Heyətinin sədri B.Piriyev, İdarə Heyətinin üzvləri isə Kamran Orucəliyev və Aydın Əhədovdur. B.Proyev əvvəllər “Kredobank”ın İdarə Heyətinin sədri olub.

Təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 32 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR