Bank Of Baku

Rusiya SSRİ-nin Tailanda olan borcunu ödəyib

Rusiya SSRİ-nin Tailanda olan borcunu ödəyib
# 14 iyul 2011 14:22 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Maliyyə Nazirliyi keçmiş SSRİ-nin Tailanda olan borcunu ödəyib. “APA-Economics”in xəbərinə görə, bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilir.

Düyü alqı-satqısı nəticəsində yaranan borcun həcmi 36,4 mln. dollar təşkil edib. Rusiya SSRİ-nin hüquqi varisi kimi bu borcu tanıyıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, hazırda SSRİ-nin Rusiya tərəfindən tanınmış borclarının həcmi 2,2 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR