Bank Of Baku

«Azər-Türk Bank»ın aktivləri son bir ildə 24% artıb

«Azər-Türk Bank»ın aktivləri son bir ildə 24% artıb
# 15 iyul 2011 11:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 57,263 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricisindən 24% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23,5% artaraq 33,401 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 18,2% artaraq 14,594 mln. manata, depozit portfeli 20,2% artaraq 30,303 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 28% artaraq 16,521 mln. manat, o cümlədən müddətli əmanətlər 10,818 mln. manat, tələb olunanadək əmanətlər 5,703 mln. manat təşkil edib.

Yarım il ərzində bankın məcmu kapitalı 11,5% artaraq 12,105 mln. manat, o cümlədən nizamnamə kapitalı təxminən 16,2% artaraq 11,624 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın cəmi gəlirləri 3,734 mln. manat, xərcləri isə 3,346 mln. manat olub. Nəticədə bankın mənfəəti 44% azalaraq 0,388 mln. manat təşkil edib.

Xatırladaq ki, «Azər-Türk Bank» 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir.

Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı və 29 POS-terminalı fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın 20 683 müştərisi, 2 607 aktiv plastik kartı və 120 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR