Bank Of Baku

Azərbaycanın dövlət büdcəsində yanvar-may aylarında ÜDM-in 6,5%-i qədər profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində yanvar-may aylarında ÜDM-in 6,5%-i qədər profisit yaranıb
# 15 iyul 2011 13:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın dövlət büdcəsinə 4,8 mlrd. manat vəsait daxil olub və büdcədən 3,7 mlrd. manat vəsait xərclənib ki, nəticədə 1,1 mlrd. manat məbləğində və ya ÜDM-in 6,5%-i qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcə xərclərinin 1,3 mlrd. manatı və ya 35,2%-i iqtisadiyyatın inkişafına, 594,5 mln. manatı (16,1%-i) sosial müdafiə və sosial təminata, 606,3 mln. manatı (16,4%-i) təhsil və səhiyyəyə yönəldilib. Əmək haqları, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 41,2%-i və ya 1,5 mlrd. manatı sərf olunub.

Hesabat dövründə ötən ilin yanvar-may ayları ilə müqayisədə büdcə xərcləri 3,5%, dövlət büdcəsinə daxilolmalar 17,8%, profisit isə 2,1 dəfə artıb.

Qeyd edək ki, cari ilin mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişikliklərə əsasən, gəlirlər 29% və ya 15 554,2 mln. manata qədər, xərclər isə 25% və ya 15 941,2 mln. manatadək artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR