Bank Of Baku

«Royal Bank»ın zərəri son bir ildə 10 dəfə azalıb

«Royal Bank»ın zərəri son bir ildə 10 dəfə azalıb
# 15 iyul 2011 13:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Royal Bank» ASC-nin 2011-ci ilin yanvar-iyun aylarındakı zərəri 0,167 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10 dəfə azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirlərinin həcmi 12% artaraq 15,746 mln. manata, o cümlədən faiz gəlirləri 13,165 mln. manat, qeyri-faiz gəlirləri 2,582 mln. manat olub. Bankın xərcləri 0,8% artaraq 15,914 mln. manat, o cümlədən faiz xərcləri 8,736 mln. manat, qeyri-faiz xərcləri 7,178 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR