Bank Of Baku

İyun ayında istehsalçı qiymətləri 0,1% azalıb

İyun ayında istehsalçı qiymətləri 0,1% azalıb
# 15 iyul 2011 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,1% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,3% bahalaşıb.

İyun ayında emal sənayesi üzrə istehsalçı qiymətləri 0,1% artıb. Bu bölmədə istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,8%, qida məhsullarının istehsalı üzrə 1,5%, içki istehsalı üzrə 1,3%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,9%, tikinti məmulatlarının istehsalı üzrə 0,1% bahalaşıb, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 7,4%, elektrik avadanlıqlarının istehsalı üzrə 4,7%, metallurgiya sənayesi üzrə 3,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,6% ucuzlaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə dəyişiklik müşahidə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR