Bank Of Baku

Azərbaycanda sığorta şirkətlərinin nümayəndələrinin bir illik təhsili üçün 120 min manat tələb olunur

Azərbaycanda sığorta şirkətlərinin nümayəndələrinin bir illik təhsili üçün 120 min manat tələb olunur
# 15 iyul 2011 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələri üçün on-line təhsil tətbiq ediləcək. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının Təhsil Komitəsinin rəhbəri Orxan Həsənov bildirib.

O.Həsənovun sözlərinə görə, on-line təhsilin tətbiqi üçün Türkiyənin «Milli Reinsurance» sığorta şirkəti ilə müqavilə bağlanılıb: “İlk növbədə biz bunun sığorta bazarına ziyan olmasın deyə qrant hesabına həyata keçirmək istəyirik. Bu qrant layihəsi ilə bağlı Dünya Banklının nümayəndələri ilə görüşlər aparmışıq. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələrinin təhsili üçün bir il ərzində 120 mln. dollar həcmində vəsait xərclənəcək”.

O.Həsənov bildirib ki, bu təhsil ümumi sığortaçılıq sahəsini və onun növlərini, o cümlədən marketinq və idarəetmə sahələrini əhatə edəcək. Təhsil ödənişli əsaslarla həyata keçiriləcək.

O.Həsənov qeyd edib ki, sığorta şirkətlərinin nümayəndələrinin təhsilinin artırılması sahəsində yerli şirkətin, o cümlədən «Consultant» sığorta tədris və konsaltinq mərkəzinin təcrübəsindən də istifadə olunacaq: “Bunun üçün bizə ilk öncə bazanın - sığorta institutunun yaradılması lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR