Bank Of Baku

«Texnikabank» ASC-nin həmkarlar ittifaqı təşkilatına fəxri diplom verilib

«Texnikabank» ASC-nin həmkarlar ittifaqı təşkilatına fəxri diplom verilib
# 15 iyul 2011 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin «Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı» adı uğrunda elan olunmuş Respublika baxış-müsabiqəsində «Texnika Bank» ASC-nin Həmkarlar Təşkilatı iştirak edib və 10 nominant arasında 3 yerə layiq görülüb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilmiş mərasimdə «Texnika Bank» ASC-nin Həmkarlar Təşkilatına qiymətli hədiyyə və fəxri diplom təqdim olunub.

Xatırladaq ki, «Texnikabank» ASC-nin Həmkarlar İttifaqı 2007-ci ildən fəaliyyət göstərir və gənclərin konstitusiya hüquqlarının qorunması, əmək problemlərinin həlli, intellektual potensiallarının aşkar olunması istiqamətində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR