Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı dünyanın 1 000 ən iri bankları sırasındadır

Azərbaycan Beynəlxalq Bankı dünyanın 1 000 ən iri bankları sırasındadır
# 15 iyul 2011 15:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan bank sektorunda aparıcı rol oynayan Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2011-ci ilin əvvəlindən iyunun sonuna 8% artaraq 4,951 mlrd. manata çatıb ki, buraya 955 mln. manat həcmində olan bank tərəfindən Mərkəzi Bankın xətti ilə maliyyələşdirilən dövlət layihələri aid olunmur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit portfelin həcmi 7% artaraq 3,153 mlrd. manata çatıb ki, bu da ölkə üzrə 33%-dir. Yarım il ərzində verilən kreditlərin 60%-i özəl sektoruna verilib. Bankın təhlükəli və ümidsiz kreditlərinin xüsusi çəkisi hazırda 5,5% təşkil edir.

İyunun sonuna bankın müştərilərin sayı 767 minə çatıb ki, bunun 753 mini fiziki şəxslərdir. Bank hazırda müştəri xidmətlərin genişlənməsi sahəsində mühüm işlər görür ki, nəticədə İnternet bankinq, Mobil bankinq və bu kimi innovasiya xidmətlər müştərilərə təklif olunur. Yarım il ərzində əhalinin müddətli depozitləri 16% artaraq iyunun sonuna 603 mln. manata çatıb. Fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 810 mln. manatdır. Bankın ümumi öhdəliklərinin həcmi ilin əvvəlindən 9% artaraq 4,26 mlrd. manat olub.

Bankın nizamnamə kapitalı 240 mln. manat, balans kapitalı isə 689 mln. manat təşkil edib. Yarım il ərzində bank büdcəyə 15 mln. manat vergi ödəyib. Bu müddət ərzində ABB-nin gəlirləri 170,8 mln. manat, vergi ödənilənədək mənfəəti isə 14,4 mln. manata bərabər olub.

Qeyd edək ki, ABB ölkə bankları sırasında ən yüksək beynəlxalq reytinqlərə malikdir. Belə ki, “Fitch Rating” agentliyi tərəfindən verilən reytinqi “BBB-“ səviyyəsindədir ki, bu da ölkənin reytinqinə bərabərdir. “Moody’s Investors Service” agentliyi isə Banka “Ba2” səviyyəsində reytinq verib və reytinq üzrə proqnozunu “Pozitiv”ə yüksəldib. Böyük Britaniyanın “The Banker” jurnalı isə dünyanın ən iri və maliyyə dayanıqlı 1 000 bankı sırasında ABB-ni 958-ci yerə salıb.

Yarım il ərzində bank xarici mənbələrdən 250 mln. dollar həcmində vəsait cəlb edib ki, bu da xarici bazarlarda likvidliyin aşağı səviyyədə olması fonunda çox müsbət göstəricidir. Yarım il ərzində bank 302,3 mln. dollar və 27,5 mln. avro həcmində xarici öhdəlik qaytarıb. Müqayisə üçün bu göstəricilər 2008-2009-cu illərdə 1 mlrd. dollar, 2010-cu ildə isə 172,66 mln. dollar və 31,5 mln. avro təşkil edib.

Yarım il ərzində bankın kartları üzrə dövriyyə 1,4 mlrd. manat təşkil edib, hazırda aktiv kartların sayı 1,8 mln. ədəddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR