Bank Of Baku

«Parabank» mobil rabitə operatorlarının işçilərinə güzəştli kreditlər təklif edir

«Parabank» mobil rabitə operatorlarının işçilərinə güzəştli kreditlər təklif edir
# 18 iyul 2011 08:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərin bütün kredit məhsullarından daha da rahat və asan yararlana bilməsi üçün mobil rabitə operatoru işçilərinə güzəştli kreditlər təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bank tərəfindən mobil rabitə operatoru işçilərinə əmək haqqının 5 mislinə qədər illik 18%-lə 24 ay müddətinə kreditlərin verilməsinə başlanılıb.

Hər bir mobil rabitə operatorunun işçisi 6 ay stajı olmaqla, iş yerindən arayış təqdim edərək bu krediti əldə edə bilər. Müştəriyə yalnız bir nəfər şəxsin zamin olması tələb olunur. Bu kreditin digər üstünlükləri isə cüzi komisyon haqqının olması, kreditin tez bir zamanda əldə olunmasından və təkrar kreditin daha əlverişli şərtlərlə verilməsindən ibarətdir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 137 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR