Bank Of Baku

Gömrük orqanları büdcəyə ödənişləri 14% artırıb

Gömrük orqanları büdcəyə ödənişləri 14% artırıb
# 18 iyul 2011 10:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyun ayında gömrük orqanları tərəfindən dövlət büdcəsinə 100 555 626 manat vəsait köçürülüb. Bu, may ayında büdcəyə köçürülən vəsaitə nisbətən 465 224 manat və ya 0,46% az, ötən ilin iyun ayına nisbətən isə 15 480 426 manat və ya 18,2% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay büdcəyə gömrük rüsumları kimi 22 202 121 manat, əlavə dəyər vergisi kimi 70 999 315 manat vəsait köçürülüb. İyunda aksizlər 6 292 370 manat, yol vergiləri üzrə isə 1 061 822 manat təşkil edib. May ayı ilə müqayisədə iyun ayında toplanan gömrük rüsumlarının həcmi 21,9%, yol vergiləri 7,2% artıb, əlavə dəyər vergisi üzrə yığımlar 5,9%, aksizlər 1,1% azalıb.

Ümumilikdə ilin yanvar-iyun aylarında gömrük orqanları büdcəyə 542 365 870 manat vəsait köçürüb. Komitədən verilən məlumata görə, bundan 112 894 870 manat gömrük rüsumları, 396 198 340 manat ƏDV-nin, 27 667 690 manat aksizlərin, 5 604 970 manatı yol vergisinin payına düşür.

İlk 6 ayda büdcəyə keçirilən vəsaitin həcimi ötən ilin eyni dövrü ilə müqayisədə 66 704 970 manat və ya 14% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR