Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına düşən gəlirləri son bir ildə 15,5% artıb

Azərbaycan əhalisinin adambaşına düşən gəlirləri son bir ildə 15,5% artıb
# 18 iyul 2011 10:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 13,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 17% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, adambaşına düşən gəlirlər 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,5% artaraq 1 495,8 manat və ya orta hesabla ayda 249,3 manat təşkil edib.

Qeyd edək ki, hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 6,7 faiz bəndi üstələyib.

Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş gəlirin 67,5%-i son istehlak xərclərinə, 8,2%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,6%-i isə yığıma yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR