Bank Of Baku

«Bank Standard» yeni kampaniyaya başlayır

«Bank Standard» yeni kampaniyaya başlayır
# 18 iyul 2011 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC bu ilin iyul ayının 20-dən «Sarı Bankomat» adlı yeni kampaniyaya başlayır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində «Bank Standard»ın sarı bankomatlarından nağd pul çıxaranlar pul uduşu qazana bilərlər.

«Bank Standard»ın sarı bankomatlarından nağd pul çıxartmaq istəyən «MasterCard» və «Visa» plastik kart sahibləri xoş sürprizlə qarşılaşa bilərlər. Ani lotereya kimi təşkil olunmuş bu aksiyada iştirakçılar 50 manat məbləğində pul uduşlarına sahib olmaq imkanı qazanacaqlar. «Bank Standard»ın müştəriləri ilə yanaşı, aksiyada digər banklara aid plastik kart sahibləri də iştirak edə bilərlər.

Uduşu təsdiq edən «Bank Standard» yazılı xüsusi lazerli holoqram 50 manatlıq əsginasların üzərində yerləşdirilir. Belə holoqramı olan əsginası əldə edən şəxs aksiyanın qalibi sayılır. Pul uduşunu almaq üçün qalib gələn şəxs həmin holoqramlı əsginası «Bank Standard»ın baş ofisinə təhvil verib əvəzində həm öz 50 manatını, həm də eyni dəyərdə pul uduşunu dərhal təhvil ala bilər. Uduşları çıxdıqları gündən başlayaraq aksiyanın başa çatdığı tarixdən sonrakı 90 iş günü ərzində almaq olar.

Qeyd edək ki, aksiya bu ilin sentyabr ayının 20-dək davam edəcək.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 67 bankomatı, 420 POS-terminalı və 437 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR