Bank Of Baku

«A-Group» sığorta şirkətinin yığımlarının həcmi son bir ildə 10% artıb

«A-Group» sığorta şirkətinin yığımlarının həcmi son bir ildə 10% artıb
# 18 iyul 2011 12:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «A-Group» sığorta şirkətinin bu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 5,618 mln. manat təşkil edib ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ən çox sığorta haqqı əmlak sığortası növləri üzrə toplanılıb.

Qeyd olunan müddət ərzində bu növlər üzrə yığımların həcmi təxminən 5 dəfə artıb. Eyni zamanda, «Avtonəqliyyat sığortası» və «İpoteka sığortası» üzrə də nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb.

Şirkətdən bildirib ki, bu ilin 6 ayı ərzində şirkət 12 583 sığorta müqaviləsi bağlayıb. Bu ilin yanvar-iyun aylarında isə şirkətin sığorta ödənişlərinin həcmi 2, 678 mln. manat təşkil edib.

Xatırladaq ki, «A-Group» sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 3 icbari və 15 könüllü sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR