Bank Of Baku

«DəmirBank» pul köçürmələri üzrə növbəti uduş kampaniyasının nəticələrini açıqlayıb

«DəmirBank» pul köçürmələri üzrə növbəti uduş kampaniyasının nəticələrini açıqlayıb
# 18 iyul 2011 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin pul köçürmələri üzrə uduş kampaniyasının 4-cü tirajında 16 qalib müştəri müəyyən edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müştərilərdən 1 nəfər 1 000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub. Qaliblərin siyahısı bankın İnternet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.

Pul köçürmələri üzrə uduş kampaniyası 6 ay davam edəcək. Kampaniyanın növbəti tirajı bu ilin avqust ayının 15-də keçiriləcək.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR