Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətləri 34% artıb

Azərbaycan əhalisinin bank əmanətləri 34% artıb
# 18 iyul 2011 13:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin iyun ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 33,8% artaraq 3,3 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 1,6 mlrd. manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 1,7 mlrd. manat olub.

Qeyd edək ki, iyun ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,79 manat, 1 avroya 1,13 manat, 100 Rusiya rubluna 2,82 manat, yanvar-iyun ayları üzrə isə müvafiq olaraq 0,79, 1,11 və 2,77 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR