Bank Of Baku

Son bir ildə «TBC Kredit»in biznes kreditlərinin xüsusi çəkisi 7 faiz bəndi azalıb

Son bir ildə «TBC Kredit»in biznes kreditlərinin xüsusi çəkisi 7 faiz bəndi azalıb
# 18 iyul 2011 14:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatının kredit portfeli cari ilin iyul ayının 1-nə 23 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 28% çoxdur.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə portfeldə biznes kreditlərinin xüsusi çəkisi 7 faiz bəndi azalaraq 49%, ipoteka kreditləri 4 faiz bəndi azalaraq 25% və istehlak kreditləri isə 12 faiz bəndi artaraq 26% təşkil edib. Biznes kreditləri portfelinin 23%-ni mikro-biznes kreditləri təşkil edib.

Xatırladaq ki, «TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR