Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul edib

Prezident İlham Əliyev Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul edib
# 18 iyul 2011 14:31 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev iyulun 18-də Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul edib. “APA-Economics”-in məlumatına görə, dövlət başçısı Çinlə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İ. Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın da razılıq doğurduğunu söyləyib. İqtisadi əlaqələrə toxunan dövlət başçısı energetika, kənd təsərrüfatı, turizm və infrastruktur layihələrinin reallaşdırılması sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu vurğulayıb. O, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclaslarının mütəmadi keçirilməsinin əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Öz növbəsində, Azərbaycanın Cənubi Qafqazda Çin üçün çox mühüm tərəfdaş olduğunu vurğulayan C. Şan ölkəsinin Azərbaycanın müxtəlif sahələrinə, o cümlədən qeyri-neft sektoruna investisiya qoyuluşunda maraqlı olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR