Bank Of Baku

Azərbaycana idxalın həcmi 50% artıb

Azərbaycana idxalın həcmi 50% artıb
# 18 iyul 2011 14:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. 2011-ci ilin yanvar-iyun aylarında Azərbaycanın
hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsi ilə 17 436 067 min dollarlıq
ticarət əməliyyatı aparıblar. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən
məlumata görə, ötən ilin eyni dövrünə nisbətən ticarət dövriyyəsi 32,62% artıb.

Bu dövrdə ölkəyə ümumi həcmi 4 344 357 min dollar olan (ötən ilə nisbətən
49,7% çox) 5 313 adda mal idxal, ölkədən isə ümumi həcmi 13 091 710 min
dollar (27,8% çox) olan 1 528 ədəd mal ixrac edilib.

Yanvar-iyun aylarında xarici iqtisadi fəaliyyətlə 5 341 şəxs məşğul olub. Bunlardan
2 410-u fiziki şəxs, 2 931 hüquqi şəxsdir. Hüquqi şəxslərin 229-ü dövlət, 2 702-i qeyri-dövlət
hüquqi şəxsləridir.

Komitənin məlumatına görə, ölkədən ixracın 95,4%-i dövlət sektorunun, 4,01%-i özəl
sektorun və cəmi 0,59%-i fiziki şəxslərin payına düşür.

Bu dövrdə ölkəyə idxalın 58,78%-i özəl sektorun, 36,49%-i dövlət sektorunun,
4,73%-i fiziki şəxslərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR