Bank Of Baku

Azərbaycanla Çin arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb

Azərbaycanla Çin arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb
# 18 iyul 2011 14:55 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Azərbaycan tərəfdən baş nazirin müavini Abid Şərifovun, Çin tərəfdən isə bu ölkənin kommersiya nazirinin müavini Conq Şanın həmsədrliyi ilə keçən iclasda iki ölkə arasında iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi, komissiyanın üçüncü iclasından sonra görülmüş işlər barədə müzakirələr aparılıb.

İclasda qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 50,57% artaraq 926 mln. dollara çatıb. 2010-cu ildə Azərbaycandan Çinə ixrac 2,6 dəfə, oradan idxal isə 21% artıb.

İclasda bildirilib ki, son illər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri sürətlə inkişaf edir. İctimai-siyasi sabitliyə, zəngin təbii sərvətlərə, əlverişli biznes və investisiya mühitinə malik Azərbaycan dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Çin sərmayədarları üçün cəlbedicidir. Hazırda Çinin bir neçə nüfuzlu şirkəti Azərbaycanda iqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları, energetika, tikinti materiallarının istehsalı, nəqliyyat, infrastruktur və digər sahələrində uğurla fəaliyyət göstərirlər.

Hazırda Çindən Azərbaycana əsasən elektrik avadanlığı, müxtəlif maşın və mexanizmlər, kimya və toxuculuq sənayesi məhsulları, Azərbaycandan Çinə isə neft və neft məhsulları, xüsusi təyinatlı mühərriklər, əczaçılıqda və ətriyyatda istifadə üçün müxtəlif bitkilər və s. ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR